...

Azərbaycana qonşu ölkələrdən olan uçuşların sayı artırıla bilər

Cəmiyyət Materials 4 Dekabr 2018 12:32 (UTC +04:00)
Azərbaycana qonşu ölkələrdən olan uçuşların sayı artırıla bilər
Azərbaycana qonşu ölkələrdən olan uçuşların sayı artırıla bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycana qonşu ölkələrdən olan uçuşların sayı hələlik azdır.

Trend-in məlumatına görə, bunu yeni yaradılan Azərbaycan Hotel Assosiasiyasının İdarəedici direktoru Georq Kobos bu qurumun Birinci Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycana xarici ölkələrdən həyata keçirilən avireyslərin sayının artırılması gündəmdədir: "Biz düşünürük ki, bu sahədə daha başqa hansı tədbirləri həyata keçirmək olar. Bu baxımdan aviaşirkətlər öz planlarını təqdim etməlidirlər. Biz bu sahədə hər kəsin səyini görmək istərdik".

G.Kobos hesab edir ki, aviareyslərin sayının artırılması Azərbaycanın daha cəlbedici turizm ölkəsinə çevrilməsinə yardım edər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti