...

Son 5 ildə 12 minə yaxın müəllim üçün həvəsləndirmə tədbirləri tətbiq olunub

Cəmiyyət Materials 19 Dekabr 2018 09:51 (UTC +04:00)
Son 5 ildə kənd məktəblərində yeni fəaliyyətə başlamış 11 600 müəllim üçün həvəsləndirmə tədbirləri tətbiq olunub.
Son 5 ildə 12 minə yaxın müəllim üçün həvəsləndirmə tədbirləri tətbiq olunub

Bakı. İlhamə İsabalayeva – Trend:

Son 5 ildə kənd məktəblərində yeni fəaliyyətə başlamış 11 600 müəllim üçün həvəsləndirmə tədbirləri tətbiq olunub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, işə yeni qəbul olunan müəllimlərin 64 faizini təşkil edib.

Ümumilikdə son 5 ildə Azərbaycanda 18 136 müəllim işə qəbul olunub. Bu müddətdə 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb. Onların həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb.

Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 51 min müəllim elektron ərizə ilə müraciət edib. Bu da 2013-cü illə müqayisədə 3 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti