...

Salyanda yol qəzasında xəsarət alan qadın xəstəxanada öldü

Cəmiyyət Materials 10 Yanvar 2019 09:39 (UTC +04:00)
Salyanda baş verən yol qəzasında xəsarət alan qadın ölüb.
Salyanda yol qəzasında xəsarət alan qadın xəstəxanada öldü

Bakı. Samir Əli - Trend:

Salyanda baş verən yol qəzasında xəsarət alan qadın ölüb.

Trend-in məlumatına görə, hadisə Bakı-Ələt-Astara yolunun 50-ci kilometrliyində baş verib.

Yolun Salyan rayonu ərazisindən keçən hissəsində, Neftçala rayon sakini, 1956-cı il təvəllüdlü Mircəfər Ağalarov idarə etdiyi 47 AA 081 dövlət nömrə nişanlı "Renault" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və aşırıb.

Hadisə nəticəsində sürücü və onun sərnişinləri, həyat yoldaşı Mirvari Ağalarova, 1967-ci il təvəllüdlü Gülqədəm Mirzəzadə və 1956-cı il təvəllüdlü Asudə Cəfərova xəsarət alıb.

M.Ağalarova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti