...

Azərbaycan Gürcüstandan avtomobil idxalını təxminən 3 dəfə artırıb

İqtisadiyyat Materials 23 Yanvar 2019 13:36 (UTC +04:00)
Ötən il Azərbaycan Gürcüstandan 13 047 avtomobil idxal edib
Azərbaycan Gürcüstandan avtomobil idxalını təxminən 3 dəfə artırıb

Bakı. Trend:

Ötən il Azərbaycan Gürcüstandan 13 047 avtomobil idxal edib.

Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında deyilir.

Azərbaycana idxal olunan avtomobillərin ümumi dəyəri 190 284,2 min dollar təşkil edib. Gürcüstandan gətirilən avtomobillərin sayı 2,8 dəfə, qiyməti 2,1 dəfə artıb.

Qeyd edək ki, 2017-ci ildə bu ölkədə Azərbaycana 4 548 avtomobil idxal olunmuş, onların dəyəri 88 118,9 min manat təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti