...

Bakıda cinayət hadisələri azalıb

Hadisə Materials 24 Yanvar 2019 17:18 (UTC +04:00)
Paytaxtda cinayət hadisələri azalıb.
Bakıda cinayət hadisələri azalıb

Bakı. Samir Əli - Trend:

Paytaxtda cinayət hadisələri azalıb.

Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, bunu geniş əməliyyat müşavirəsində Bakı şəhər prokuroru İlqar Abbasov deyib.

Bildirilib ki, 2017-ci ildə şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 12 122 hadisə qeydə alındığı halda 2018-ci ildə 309 hadisə, yəni 2,5% azalaraq 11 813 hadisə olub, qeydə alınmış cinayətlərin açılma faizi 0,2% çoxalaraq 80,2%, ağır və ya xüsusilə ağır cinayətlərin sayı isə 582 hadisə və ya 30,8% azalaraq 1308 olub:

"2018-ci ildə qeydə alınmış 66 qəsdən adam öldürmə cinayətinin (2017-ci ildə 59 hadisə) 4-ü istisna olmaqla (3 fakt şəxslərin xəbərsiz itkin düşməsi ilə bağlı olub), habelə 32 qəsdən adam öldürməyə cəhd cinayətinin (2017-ci ildə 38 hadisə) açılması təmin edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti