...

“Trend” İnformasiya Agentliyində “Rusiya-Azərbaycan: 2019-cu il üçün gündəlik” videokörpü keçiriləcək

Cəmiyyət Materials 28 Yanvar 2019 19:27 (UTC +04:00)
2019-cu il yanvarın 30-da saat 12:00-da “Trend” İnformasiya Agentliyinin mətbuat mərkəzində “Rusiya-Azərbaycan: 2019-cu il üçün gündəlik” mövzusunda multimedia dəyirmi masası keçiriləcək.
“Trend” İnformasiya Agentliyində “Rusiya-Azərbaycan: 2019-cu il üçün gündəlik” videokörpü keçiriləcək

Bakı. Trend:

2019-cu il yanvarın 30-da saat 12:00-da “Trend” İnformasiya Agentliyinin mətbuat mərkəzində “Rusiya-Azərbaycan: 2019-cu il üçün gündəlik” mövzusunda multimedia dəyirmi masası keçiriləcək.

Azərbaycan tərəfindən dəyirmi masada “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov, “Trend” İnformasiya Agentliyinin baş direktor müavini Lina Vaytkyaviçene, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Tofiq Abbasov, “Sputnik – Azərbaycan” İnformasiya Agentliyinin mətbuat mərkəzinin rəhbəri İlqar Vəlizadə iştirak edəcək.

Rusiya tərəfindən isə videokörpü vasitəsilə Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Tədqiqatlar İnstitutunun Postsovet Araşdırmalar Mərkəzinin direktoru Stanislav Çernyavski, “Avrasiya İdeyaları Emalatxanası” Elmi Tədqiqatlara Dəstək Fondu Ekspert Şurasının sədri, Rusiya Mərkəzi Seçki Komissiyasının nəzdində Ekspert-Məşvərət Qrupunun üzvü Qriqori Trofimçuk, Sosial və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti Georgi Fyodorov və Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov iştirak edəcək.

Ötən il ərzində Rusiya və Azərbaycan qarşılıqlı fəaliyyətin daha yüksək səviyyəsinə çıxmaqla fəal strateji tərəfdaşlıq kursunu təsdiqləyib və möhkəmləndirib. Tərəflər arasında siyasi etimad səviyyəsi və iqtisadi əməkdaşlıq potensialı artmaqda davam edir. Azərbaycan Rusiyanın Cənubi Qafqazda prioritet tərəfdaşları səviyyəsinə çıxır və bu, regional sabitliyin təmin olunmasına, “Şimal-Cənub” kimi iri transmilli layihələrin reallaşdırılmasına xidmət edir. Xəzər Konvensiyasının imzalanması Xəzər istiqamətində qarşılıqlı fəaliyyət üçün yeni perspektivlər açır, tərəflər arasında Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq formatlarda dialoq fəallaşır.

İkitərəfli əməkdaşlığın qarşılıqlı səmərəli inkişafı məqsədi ilə, o cümlədən 2024-cü ilədək aparıcı iqtisadi istiqamətlər üzrə birgə fəaliyyət planının reallaşdırılması rakursunda tərəflərin qəbul etdiyi vacib qərarlar 2019-cu ildə nə cür inkişaf edəcək? Regionda geosiyasi vəziyyət necə təşəkkül tapacaq, hansı risklər və gözləntilər formalaşacaq? Ekspertlər Rusiya və Azərbaycanın qarşılıqlı fəaliyyəti üzrə bu və ya digər aktual məsələlərlə bağlı öz fikirlərini Moskva-Bakı videokörpüsü zamanı səsləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti