...

UNEC müəllimi Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxış edib (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2019 20:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib.
UNEC müəllimi Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxış edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universtetinin müəllimi Fəridə Əsgərzadə gənc sahibkarlar adından çıxış edib.

Universtetdən Trend-ə verilən məlumata görə, çıxışda ölkədə dövlət başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və məşğulluğunun təmin olunması üçün münbit şəraitin yaradıldığı bildirilib. F.Əsgərzadə gənc sahibkarların Prezident İlham Əliyevin göstərdiyi etimadı doğrultmalarının zəruriliyini vurğulayaraq, yeni ideyalarla Azərbaycanın davamlı və daha da surətli inkişafı üçün birlikdə çalışmağın vacibliyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti