...

Baş həkim: Şamaxıda zəlzələdən sonra müraciət edənlərin əksəriyyəti şəkər və ürək xəstələri olub

Cəmiyyət Materials 6 Fevral 2019 14:00 (UTC +04:00)
Zəlzələ nəticəsində Şamaxı Rayon Mərkəzi Xəstəxanasına 30 nəfərə yaxın xəstə müraciət edib.
Baş həkim: Şamaxıda zəlzələdən sonra müraciət edənlərin əksəriyyəti şəkər və ürək xəstələri olub

Bakı. Samir Əli - Trend:

Zəlzələ nəticəsində Şamaxı Rayon Mərkəzi Xəstəxanasına 30 nəfərə yaxın xəstə müraciət edib.

Bu barədə Trend-ə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səməd Fətəliyev məlumat verib.

Baş həkim bildirib ki, daxil olan xəstələrdən 3 nəfər travma, digərləri isə şəkərli diabet və ürək xəstələri olub: "Xəstələrə yardım göstərilib, onlar evə buraxılıb. Cəmi 1 qadın şəkərli diabet xəstəsi olduğu üçün qəbul edilmişdi, həmin qadının da səhhəti bu gün normallaşdığı üçün evə buraxıldı. Hazırda xəstələr ambulator nəzarətdədirlər, vəziyyətlərində mənfi dəyişiklik yoxdur".

Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti