...

Seysmoloji Mərkəz: Zəlzələnin episentrinə yaxın ərazilərdə əlavə mobil stansiyalar quraşdırıldı (FOTO)

Cəmiyyət Materials 7 Fevral 2019 13:13 (UTC +04:00)
Fevralın 5-də Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələ ilə bağlı bölgəyə ezam edilmiş AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ərazidə kompleks seysmoloji tədqiqatları davam etdirirlər.
Seysmoloji Mərkəz: Zəlzələnin episentrinə yaxın ərazilərdə əlavə mobil stansiyalar quraşdırıldı (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Fevralın 5-də Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələ ilə bağlı bölgəyə ezam edilmiş AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ərazidə kompleks seysmoloji tədqiqatları davam etdirirlər.

Mərkəzdən Trend-ə verilən məlumata görə, zəlzələnin episentrinə yaxın ərazilərdə RSXM əməkdaşları tərəfindən əlavə mobil stansiyalar quraşdırılıb.

Hazırda əsas tədqiqatlar Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində aparılır.

Aparılan araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti