...

Bolqarıstanın Azərbaycandakı konsulu batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çərçivəsində idmançılarla görüşüb (FOTO)

Cəmiyyət Materials 17 Fevral 2019 17:18 (UTC +04:00)
Bolqarıstanın Azərbaycandakı konsulu Kirill Apostolov Bakıda Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çərçivəsində idmançılarla görüşüb.
Bolqarıstanın Azərbaycandakı konsulu batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çərçivəsində idmançılarla görüşüb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bolqarıstanın Azərbaycandakı konsulu Kirill Apostolov Bakıda Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çərçivəsində idmançılarla görüşüb.

Qeyd edək ki, Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda ümumilikdə 30 ölkədən 160-dan çox gimnast iştirak edib.

Azərbaycan təmsilçisi Mixail Malkin tamblinq yarışında gümüş medal qazanıb.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunub.

2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti