...

Əhalinin bir ayda qazancı 3,8 milyard manat olub

Gündəm Materials 20 Fevral 2019 19:33 (UTC +04:00)
2019-cu ilin yanvar ayında Azərbaycan əhalisinin gəlirləri 3 milyard 800,0 milyon manat təşkil edib.
Əhalinin bir ayda qazancı 3,8 milyard manat olub

Bakı. Elçin Mehdiyev - Trend:

2019-cu ilin yanvar ayında Azərbaycan əhalisinin gəlirləri 3 milyard 800,0 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, əhalinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,1 faiz artıb. Əhalinin hər nəfərinə düşən gəlirlər 385,2 manat olub.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3 milyard 475,4 milyon manatlıq vəsait qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti