...

Sumqayıtda avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı

Hadisə Materials 22 Fevral 2019 11:10 (UTC +04:00)
Sumqayıtda marşrut avtobusunun minik avtomobili ilə toqquşması ilə bağlı cinayət işi başlanıb.
Sumqayıtda avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı

Bakı. Samir Əli - Trend:

Sumqayıtda marşrut avtobusunun minik avtomobili ilə toqquşması ilə bağlı cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, fevralın 21-də hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib. Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.Toqquşmadan sonra avtobus yaxınlıqdakı mağazaya çırpılıb. Hadisə nəticəsində 31 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti