...

Novruz bayramı ərəfəsində Lökbatan qəsəbəsində yarmarka təşkil olunub (FOTO)

Cəmiyyət Materials 2 Mart 2019 12:44 (UTC +04:00)
Satış-yarmarka Novruz bayramına qədər hər həftənin şənbə və bazar günləri fəaliyyət göstərəcək.
Novruz bayramı ərəfəsində Lökbatan qəsəbəsində yarmarka təşkil olunub (FOTO)

Bakı. Trend:

Qaradağın Lökbatan qəsəbəsində Novruz bayramı ərəfəsində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasına mal, qoyun və quş əti, süd və süd məhsulları, yumurta, bal, alma, armud, qoz, fındıq və şabalıd, soğan, kartof, həmçinin buğda, arpa, qarğıdalı, müxtəlif növ göyərtilər və digər məhsullar çıxarılıb.

Qaradağ Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, satış-yarmarkada yerli məhsullar alıcılara bazar qiymətindən 10-20 faiz ucuz təklif olunub.

Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil edilən yarmarkanın məqsədi bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatının dolğun ödənilməsi, süni qiymət artımının qarşısının alınması, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaradılması olub. Alıcılar yarmarkadakı qiymətlərdən razı qaldıqlarını bildiriblər.

Satış-yarmarka Novruz bayramına qədər hər həftənin şənbə və bazar günləri fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti