...

Mübariz Qurbanlı: Azərbaycan dini etiqad, vicdan azadlığı baxımından dünyada nümunə göstərilə biləcək ölkələr sırasındadır

Cəmiyyət Materials 5 Mart 2019 10:55 (UTC +04:00)
Azərbaycan dini etiqad, vicdan azadlığı baxımından dünyada nümunə göstərilə biləcək ölkələr sırasındadır, bəlkə də bu ölkələrdən birincisidir.
Mübariz Qurbanlı: Azərbaycan dini etiqad, vicdan azadlığı baxımından dünyada nümunə göstərilə biləcək ölkələr sırasındadır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan dini etiqad, vicdan azadlığı baxımından dünyada nümunə göstərilə biləcək ölkələr sırasındadır, bəlkə də bu ölkələrdən birincisidir.

Trend-in məlumatına görə, bunu “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” adlı beynəlxalq konfransda çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, Azərbaycan özünəməxsus dövlət-din modelinə malikdir: "Azərbaycan dinlərin, mədəniyyətlərin qovşağı olan bir dövlət kimi dünyaya öz modelini göstərib".

M.Qurbanlı bildirib ki, Azərbaycan mədəniyyətlərarası, dinlərarası münasibətlərin həyata keçirilməsində mühüm rol oynayır. Bakı şəhəri bu müzakirələrdə mərkəz şəhər kimi çıxış edir.

Komitə sədri əlavə edib ki, bu gün Azərbaycanda 909 dini icma qeydiyyatdan keçib, onlardan 32-si xristian dini icmasıdır.

M.Qurbanlı deyib ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmandır: "Qalan dini icmaların üzvlərinin Azərbaycanda hərtərəfli fəaliyyəti üçün hər çür şərait yaradılıb. Azərbaycan müxtəlif dinlərin, sivilizasiyaların qovşağında yerləşən ölkədir. Bu xüsusiyyətimiz xalqımızn xarakterində, tarixində əksini tapıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti