...

Mübariz Qurbanlı: Azərbaycanla bağlı tənqidi söz demək ədalətsizlikdir

Cəmiyyət Materials 5 Mart 2019 14:38 (UTC +04:00)
Azərbaycanda dini etiqad azadlığı ilə bağlı tənqidi söz demək ədalətsizlikdir.
Mübariz Qurbanlı: Azərbaycanla bağlı tənqidi söz demək ədalətsizlikdir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda dini etiqad azadlığı ilə bağlı tənqidi söz demək ədalətsizlikdir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı brifinqdə deyib.

Onun sözlərinə görə, bir neçə il əvvələ qədər ABŞ Dövlət Departamentinin illik hesabatlarında Azərbaycanda dini etiqad azadlığı ilə bağlı obyektiv olmayan informasiyalar yayılırdı:

"ABŞ Dövlət Departamentinin Azərbaycana səfər edən nümayəndə heyətləri ilə keçirdiyimiz görüşlər, eləcə də Qafqaz Müsəlmanları İdarəsi və Prezident Administrasiyası ilə birlikdə apardığımız işlər nəticəsində bu məlumatların yanlış olduğunu onlara çatdıra bilmişik. Amma hesabatlarda hələ də razı olmadığımız məqamlar var. Əminəm ki, biz zaman-zaman bu yanlışlıqları da onlara göstərə biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti