...

Bakı-Gəncə-Bakı istiqamətində qatarlarda qiymətlər endirildi

Cəmiyyət Materials 16 Mart 2019 10:52 (UTC +04:00)
Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarlarda qiymətlər endirilib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumatda bildirilir.
Bakı-Gəncə-Bakı istiqamətində qatarlarda qiymətlər endirildi

Bakı. Trend:

Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarlarda qiymətlər endirilib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədi ilə Bakıdan 20.03.2019-cu il tarixində, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.

Həmçinin Novruz bayramı münasibəti ilə “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq 17.03.2019-cu il tarixindən 31.03.2019-cu il tarixinədək qatarın bizness yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib. Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti