...

Millət vəkili məktəblilərin Novruz şənliyində iştirak edib (FOTO)

Cəmiyyət Materials 16 Mart 2019 15:51 (UTC +04:00)
Xəzər rayonunun Mərdəkan qəsəbəsində fəaliyyət göstərən 181 saylı məktəbdə Novruz bayramı münasibətilə “Gəl, Novruzum” adlı meydan tədbiri təşkil olunub.
Millət vəkili məktəblilərin Novruz  şənliyində iştirak edib (FOTO)

Bakı. Trend:

Xəzər rayonunun Mərdəkan qəsəbəsində fəaliyyət göstərən 181 saylı məktəbdə Novruz bayramı münasibətilə “Gəl, Novruzum” adlı meydan tədbiri təşkil olunub.

Trend-in məlumatına görə, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nazilə Məmmədova tədbir iştirakçılarını salamlayıb və Novruz bayramı münasibətilə onları təbrik edib. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədov məktəbin müəllim və şagirdlərini, bütün tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək onlara təhsil sahəsində və həyatda böyük uğurlar qazanmağı arzulayıblar.

Tədbir məktəblilərin çıxışlarından ibarət “Gəl, Novruzum” adlı meydan tədbiri ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti