...

Pirallahıda Novruz şənliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Mart 2019 18:17 (UTC +04:00)
Pirallahıda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.
Pirallahıda Novruz şənliyi keçirilib (FOTO)

Bakı. Trend:

Pirallahıda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

Trend-in məlumatına görə, bayram tədbirində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Rauf Əliyev, rayonunun idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri və rayon ictimayyətinin nümayəndələri iştirak edib.

Tədbirlərdə Novruz bayramını tərənnüm edən stendlər nümayiş olunmuş, torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri, Novruz bayramının rəmzi olan şirniyyatlar təqdim edilmişdir.

Hazırlanmış Novruz səhnəcikləri, səsləndirilən milli nəğmə və deyimlər, söylənilən bayatılar, cavablandırılan Novruz tapmacaları tamaşaçılarda xoş bayram ovqatı yaratmışdır. Həmçinin Novruz bayramı münasibətilə Rayon İcra Hakimiyyəti və Qızıl Aypara cəmiyyəti Pirallahı rayon bölməsi tərəfindən aztəminatlı sakinlərə, Qarabağ müharibəsi əlilləri və veteranlarına, məcburi köçkünlərə, ümumilikdə iki yüzə yaxın ailəyə bayram sovqatı paylanıldı.

Tədbir Pirallahı qəsəbəsində yerləşən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük iclas zalında davam etmişdir. Pirallahı sakinlərini və qonaqları xalqımızın milli bayramı olan qədim Novruz münasibətilə ürəkdən təbrik edən Vasif İmanov əziz bayram haqqında geniş məlumat verdi və Novruz adətləri barədə danışdı.

Millət vəkili Rauf Əliyev tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Novruzun xalqımızın əsrlərdən bəri qorunub saxlanıldığı və bütün dövrlərdə həmişə əziz və dövlət səviyyəsində qeyd edilən milli bayram olduğunu bildirdi.

Yüzlərlə Pirallahı sakininin, rayon ərazisindəki hərbi hissələrdə xidmət keçən zabit və əsgərlərin böyük maraqla izlədiyi bayram tədbiri mədəniyyət işçilərinin ifasında konsert proqramı ilə davam etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti