...

Buzovna sakinləri ilə görüş olub (FOTO)

Cəmiyyət Materials 29 Mart 2019 18:01 (UTC +04:00)
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Buzovna qəsəbəsinin sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
Buzovna sakinləri ilə görüş olub (FOTO)

Bakı. Trend:

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Buzovna qəsəbəsinin sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.

Səyyar görüşdə Milli Məclisin deputatı Rauf Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon üzrə fəaliyət göstərən xidmət sahələrininin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Elşən Qurbanov açıq elan edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Respublikamızda, Xəzər rayonunda eləcədə Buzovna qəsəbəsində həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurlu icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və əsaslı infrastruktur layihələrinin həyata keçirildiyi barədə görüş iştirakçılarına məlumat verərək qarşıda duran vəzifələrdən danışıb.

Millət vəkili R.Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkə əhalisinin böyük bir hissəsinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş, bu ilin əvvəlinən ardıcıl olaraq imzalanan Fərman və Sərəncamların əhəmiyyətini qeyd edərək bildirdi ki, Prezidentin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun soaial vəziyyətinin daha da yaxşılaşdırılması durur. Daha sonra R.Əliyev qəsəbə sakinlərinin səyyar görüşdə qaldırdıqları məsələlərin Rayon İcra Hakimiyyəti ilə birlikdə həll olunması istiqamətində tədbirlərin görüləcəyini və bəzi məsələlərin həlli ilə bağlı müvafiq qurumlara müraciət olunacağını bildirib.

Qəsəbə sakinləri respublikada həyata keçirilən sosial siyasətə, rayon ərazisində, eləcə də Buzovna qəsəbəsində həyata keçirilən abadlıq quruculuq, infrastruktur layihələrinə görə ölkə başçısına öz minnətdarlıqlarını bidirdilər və eyni zamanda onları narahat edən, müxtəlif sahələrə aid olan bir-neçə məsələnin həllinin vacibliyini bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov tərəfindən sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində tədbirlərin görülməsi üçün müvafiq idarə və təşkilat rəhbərlərinə tapşıriqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti