...

Xətai rayonunda binalarda istilik təchizatı dayandırılıb - SƏBƏB?

Cəmiyyət Materials 4 Aprel 2019 15:26 (UTC +04:00)
Bakının Xətai rayonu, Gəncə prospektində, Yeni Günəşli və Köhnə Günəşli qəsəbələrində yaşayış və qeyri-yaşayış binalarında istilik təchizatı dayandırılıb.
Xətai rayonunda binalarda istilik təchizatı dayandırılıb - SƏBƏB?

Bakı. Samir Əli - Trend:

Bakının Xətai rayonu, Gəncə prospektində, Yeni Günəşli və Köhnə Günəşli qəsəbələrində yaşayış və qeyri-yaşayış binalarında istilik təchizatı dayandırılıb.

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Trend-ə bildirib ki, istilik sisteminin olmamasına səbəb əraziyə təbii qaz verilişinin dayandırılmasıdır.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Trend-ə faktı təsdiqləyib. Onun sözlərinə görə, həmin əraziyə qaz verilişinin dayandırılması Qaz İxrac İdarəsi tərəfindən Qum adası-Qaraçuxur və Qum adası-Ağ şəhər magistral qaz kəmərləri arasında yeni çəkilmiş 130 pm diametrli 219 mm-lik əlaqələndirici qaz kəmərinin nəqletmə sisteminə birləşdirilməsi ilə əlaqədardır:

"Hazırda Zığ Qazpaylayıcı Qaz Stansiyasından qaz verilişi dayandırılıb. Həmin ərazilərdə təbii qazın verilişi işlər tamamlanandan sonra bərpa olunacaq".

Birlik rəsmisi gün ərzində təbi qazın verilişinin bərpa olunacağını da əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti