...

Gənclər Fondunun təşkilatçılığı ilə “31 May Ümumdünya Tütünlə Mübarizə Günüdür” adlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 31 May 2019 17:59 (UTC +04:00)
Bu gün Bakı Gənclər Mərkəzində Gənclər Fondunun təşkilatçılığı ilə “31 May Ümumdünya Tütünlə Mübarizə Günüdür” adlı tədbir keçirilib.
Gənclər Fondunun təşkilatçılığı ilə “31 May Ümumdünya Tütünlə Mübarizə Günüdür” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakı Gənclər Mərkəzində Gənclər Fondunun təşkilatçılığı ilə “31 May Ümumdünya Tütünlə Mübarizə Günüdür” adlı tədbir keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov tütündən istifadənin təhlükəsi və tütün epidemiyasına qarşı aparılan mübarizə metodlarından bəhs edib.

O bildirib ki, dünyada ölüm səbəbləri arasında tütün ikinci yerdədir, ictimai və iş yerlərində tütündən istifadənin azaldılması nəticəsində bu faktoru aradan qaldıra bilər və biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı, həkim – metodist Lətafət Dadaşova “Tütünün sağlamlığa tibbi zərərləri” mövzusunda təqdimatla çıxış edib. Daha sonra gənclərə tütündən istifadənin zərərləri ilə bağlı informativ bukletlər paylanılıb və Gənclər Fondu tərəfindən hazırlanmış “Gələcəyin duman olmasın, tütünə YOX de!” adlı maarifləndirici videoçarx nümayiş etdirilib. İnteraktiv şəkildə keçən tədbir gəncləri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti