...

Novruz Məmmədov ADU-ya prorektor təyin edilib

Siyasət Materials 19 Noyabr 2019 15:52 (UTC +04:00)
Keçmiş Baş nazir Novruz Məmmədov yeni vəzifəyə təyin olunub.
Novruz Məmmədov ADU-ya prorektor təyin edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Keçmiş Baş nazir Novruz Məmmədov yeni vəzifəyə təyin olunub.

Trend-in məlumatına görə, N.Məmmədov Azərbaycan Dillər Universitetinə (ADU) elmi işlər üzrə prorektoru təyin edilib.

1964-cü ildə orta təhsilini başa vuran N.Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən N.Məmmədov 1967–1968-ci illərdə Əlcəzairdə, 1971–1973-cü illərdə Qvineyada, 1978–1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 1992–1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləmişdir.

1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.

2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edilib.

1 iyun 2017-ci il tarixindən 21 aprel 2018-ci il tarixinədək Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri vəzifəsində çalışıb.

21 aprel 2018-ci il tarixindən Azərbaycan Respublikasının Baş Naziri təyin edilib, 8 oktyabr 2019-cu ildə bu vəzifədən istefa verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti