...

"Sədərək" Ticarət Mərkəzində yanğın söndürülüb: 22 mağaza tam yanıb - RƏSMİ

Gündəm Materials 18 Fevral 2020 10:23 (UTC +04:00)
"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı 28 mağaza tam yanıb.
"Sədərək" Ticarət Mərkəzində yanğın söndürülüb: 22 mağaza tam yanıb - RƏSMİ

Bakı. Samir Əli - Trend:

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı 22 mağaza tam yanıb, 8 mağazaya isə söndürülərkən ziyan dəyib.

Bu barədə Trend-ə açıqlamasında mərkəzin mətbuat katibi Mikayıl Qədimov bildirib. Onun sözlərinə görə, yanğın tam söndürülüb: "Tüstüdən zəhərlənmə ilə bağlı bir neçə nəfərə ilkin tibbi yardım göstərilib. Hadisə nəticəsində yanan mağazalardakı mallar əsasən pərdə və parçalardır".

M.Qədimov əlavə edib ki, hazırda ərazidə təmizləmə işləri gedir.

Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti