...

Ulduzlaşma zamanı fəaliyyətində çatışmazlıq aşkarlanan hotellərə 36 ay vaxt veriləcək

Turizm Materials 27 Fevral 2020 12:37 (UTC +04:00)
Ulduzlaşma proseduru zamanı fəaliyyətində çatışmazlıq aşkarlanan hotellərə onun aradan qaldırılması üçün 36 ay vaxt veriləcək.
Ulduzlaşma zamanı fəaliyyətində çatışmazlıq aşkarlanan hotellərə 36 ay vaxt veriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Ulduzlaşma proseduru zamanı fəaliyyətində çatışmazlıq aşkarlanan hotellərə onun aradan qaldırılması üçün 36 ay vaxt veriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Hotellər Assosiasiyasının ulduz təsnifatı üzrə meneceri Rəşad Niyazov bildirib.

Onun sözlərinə görə, hotellərin ulduz təsnifat prosedurunun icrasında iki audit iştirak edəcək. Auditor hotelləri yoxladıqdan sonra apardığı onlayn qiymətləndirməni hotelin sahibkarı və menecerinə təqdim edəcək:

"Təsnifat zamanı uyğunsuzluq aşkar olunarsa, onun aradan qaldırılması üçün hotellərə 36 ay vaxt veriləcək. Yoxlanışdan sonra auditorlar rəyi Keyfiyyət və Qərəzsizlik Komissiyasına göndərəcəklər. Hotel müvafiq kateqoriyaya uyğun olmadığı təqdirdə bu barədə ona yazılı bildiriş göndəriləcək".

R.Niyazovun sözlərinə görə, hotel verilən qərarla razı olmadıqda Apelyasiya Komitəsinə müraciət edə bilər. Komitənin qərarından sonra hoteldə yenidən audit keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti