...

Bakıda əcnəbi vətəndaş qarət edilib

Cəmiyyət Materials 4 Mart 2020 09:39 (UTC +04:00)
Bakıda əcnəbi vətəndaş qarət edilib
Bakıda əcnəbi vətəndaş qarət edilib

Bakı. Samir Əli - Trend:

Bakıda əcnəbi vətəndaş qarət edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 20-də yerləşən inzibati binada baş verib.

Xarici vətəndaş Xeyrullah Spelanay Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, naməlum şəxslər onun xidməti otağından 35.255 dollar (59 933 manat) oğurlayıblar.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi başladılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti