...

Azərbaycanda koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq - Baş infeksionist

Cəmiyyət Materials 5 Mart 2020 13:24 (UTC +04:00)
Regionlarda və Bakı şəhərində koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq.
Azərbaycanda koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq - Baş infeksionist

Bakı. İlhamə İsabalayeva - Trend:

Regionlarda və Bakı şəhərində koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq.

Trend-in məlumatına görə, bunu koronavirusla bağlı Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, bu mərkəzlərdə insanlar xüsusi alqoritmlə yoxlanacaq:

"Koronavirus aşkarlanan şəxslər həmin mərkəzlərdə karanatinə alınaraq müalicə olunacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti