...

Novruz hədiyyəniz Hesab.az-dan!

Cəmiyyət Materials 19 Mart 2020 18:30 (UTC +04:00)
Milli bayramımız olan Novruz bayramı sevinc və bərəkət rəmzidir. Hesab.az onlayn ödəmə portalı rəngarəngliyi ilə seçilən, fərqli adət-ənənələr ilə zəngin olan, ən vacibi isə yurdumuza bahar gətirən Novruz bayramı ilə bağlı istifadəçilərini sevindirən kampaniyalar ilə onları hədiyyəsiz qoymayacaq.
Novruz hədiyyəniz Hesab.az-dan!

Bakı. Trend:

Milli bayramımız olan Novruz bayramı sevinc və bərəkət rəmzidir. Hesab.az onlayn ödəmə portalı rəngarəngliyi ilə seçilən, fərqli adət-ənənələr ilə zəngin olan, ən vacibi isə yurdumuza bahar gətirən Novruz bayramı ilə bağlı istifadəçilərini sevindirən kampaniyalar ilə onları hədiyyəsiz qoymayacaq.

Koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan ərazisində yarada biləcəyi təhlükəsi nəzərə alınaraq, bayram günlərində evdən çıxmadan Hesab.az-da onlayn ödəniş edən istifadəçilər hədiyyə əldə edə biləcəklər. Hesab.az 20-24 Mart tarixlərində baş tutacaq kampaniya ilə onlara əsl bayram sevinci yaşadacaq. Belə ki, qeydiyyatlı olaraq kommunal,mobil, internet və kabel TV ödənişlərinə ümumi 150 AZN və yuxarı etdikdə hədiyyə qazanacaqlar.

İstifadəçilərin sağlamlıq barədə təhlükəsizliyini düşünən Hesab.az istifadəçilərinin hədiyyələrini əldə etmələri üçün hədiyyənin son verilmə tarixini uzadaraq 1 ay yarım etmişdir. Növbəti günlərdə zəruri hallar yarandıqda müştəri mənmuniyyəti və sağlamlığının təhlükəsizliyi üçün hədiyyələrin son verilmə tarixi yenidən uzadılaraq ehtiyacı olan müştərilərə çatdırılma xidmətinin edilməsi nəzərdə tutulub.

GoldenPay şirkəti - Hesab.az komandası bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bayram günlərində evdən çıxmadan Hesab.az-da ödəniş etməyi tövsiyə edir və bahar əhval-ruhiyyəsi, can sağlığı və xoş günlər arzulayır.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, parkinq, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti