Bakı. Trend:
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən Trend-ə bildirilib ki, oktyabrın 6-sı 8 şagirdin, 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 11 şagird və 3 işçidə koronavirus aşkarlanıb.
Distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 3 olub.
Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 2, siniflərin sayı 28 olub.