...

Doktoranturaya xarici dil üzrə qəbul imtahanında iştirak üçün qeydiyyat müddəti uzadılıb

Cəmiyyət Materials 14 Oktyabr 2020 17:27 (UTC +04:00)
Doktoranturaya xarici dil üzrə qəbul imtahanında iştirak üçün qeydiyyat müddəti uzadılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat müddəti oktyabrın 30-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, 2020-2021-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatı 9 oktyabrda başlayıb və ayın 30-dək davam edəcək. Bu müddət ərzində 2020-ci ilin sentyabr-oktyabr aylarında ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda keçirilən sənəd qəbulu kampaniyası dövründə doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini Azərbaycanın doktoranturalar yaradılan ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına təqdim etmiş iddiaçılar DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 90 (doxsan) manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (90 manat) silinir.

Müqayisə üçün bildiririk ki, respublikamızda müvafiq xarici dil imtahanlarında iştirak üçün iddiaçılar aşağıdakı məbləğdə ödəniş etməli olurlar: IELTS – 350 manat, TOEFL – 306 manat, TestDaF – 290 manat, DELF – 115 manat, DALF – 130 manat.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti