...

Dillər Universitetində Çin arzusu Günü qeyd olunub

Cəmiyyət Materials 30 Noyabr 2020 12:39 (UTC +04:00)
Dillər Universitetində Çin arzusu Günü qeyd olunub

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutu Çinin milli bayramı - Çin arzusu Gününə həsr olunmuş onlayn tələbə seminarı keçirib.

Universitetdən Trend-ə verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin arzusunun üç əsas hədəfindən - Çinin zəngin, qüdrətli, demokratik, sivilizasiyalı və sosialist dövlətinə çevrilməsi, Çin millətinin dirçəldilməsi və xalq üçün xoşbəxt həyat yaratmasından danışıb.

Seminarda iştirak edən ADU-nun çinşünaslıq ixtisasi üzrə təhsil alan tələbələri Azərbaycanın strateji nəqliyyat-iqtisadi qovşağı olan "İpək Yolu iqtisadi kəməri"ndə ticarət əlaqələrinin genişləndirilməsi, orta zənginlik Cəmiyyətinin yaradılması də daxil olmaqla, "Çin arzusu" konsepsiyasının yaranma tarixi, inkişafı və həyata keçirilmə şərtləri haqqında danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti