...

Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA

Cəmiyyət Materials 25 Fevral 2021 13:25 (UTC +04:00)
Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda yaş kateqoriyaları üzrə peyvənd olunanların statistikası açıqlanıb.

Nazirlər Kabinetindən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, yaşı 65-dən yuxarı vətəndaşlardan 1-ci doza peyvəndi qəbul edənlərin sayı 75 762 nəfər, 2-ci doza peyvəndi qəbul edənlərin sayı 1 312 nəfər olub.

50-64 yaşlarında olan vətəndaşlardan 1-ci doza peyvəndi qəbul edənlərin sayı 90 950 nəfər, 2-ci doza qəbul edənlərin sayı 14 638 nəfər olub.

Qeyd edək ki, indiyə kimi 207 mindən çox vətəndaş peyvənd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti