...

Aliment Fondunun yaradılması təklif edilir

Gündəm Materials 9 Mart 2021 11:18 (UTC +04:00)
Aliment Fondunun yaradılması təklif edilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmin (Aliment Fondunun) yaradılması təklif edilir.

Trend-in məlumatına görə, bu, Azərbaycanda insan hüquqlarının qorunması haqqında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində qeyd edilib.

Hesabatda edilən digər tövsiyə bundan ibarətdir ki, məhkəmə qətnamələrinə əsasən, borclu dövlət qurumları tərəfindən vətəndaşlara ödənilməli olan vəsaitlərin ödənişinin təmin edilməsi məqsədilə həmin qurumlara müvafiq maliyyə vəsaitinin ayrılması üzrə mexanizmin hazırlansın və tətbiq edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti