...

Azərbaycanlıların soyqırımının ildönümü ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 31 Mart 2021 18:43 (UTC +04:00)
Azərbaycanlıların soyqırımının ildönümü ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

1918-ci ilin yazında erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilən amansız soyqırımının 103 illiyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusu, müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə anım mərasimləri təşkil edilib.

Soyqırımı ilə bağlı şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərsləri, konfranslar, toplantı və xüsusi məşğələlər keçirilib, müxtəlif sərgilər təşkil olunub, bədii və sənədli filmlər nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti