...

2342 şəhid ailəsinə vəsiqə verilib

Gündəm Materials 16 Aprel 2021 11:52 (UTC +04:00)
2342 şəhid ailəsinə vəsiqə verilib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Şəhid ailəsi üzvü statusu və vəsiqəsinin verilməsi prosesi davam edir.

Trend-in məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib.

Onun sözlərinə görə, bu günə kimi 2342 şəhid ailəsinə vəsiqələr təqdim olunub:

“Azərbaycanın torpaqlarının işğaldan azad olunması uğrunda şəhid olan hərçilərimizin ailələrinə vəsiqələrin təqdim olunması prosesi həyata keçirilir. Bu işi bizim əməkdaşlarımız səyyar şəkildə yerinə yetirirlər. Onlar şəhid ailələrinin evlərinə gedib, vəsiqələri təqdim edirlər. Bu günə kimi 2342 ailəsinin 4294 üzvünə bu visəqə təqdim olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti