...

Bakı Slavyan Universitetində “Nizami Gəncəvi üfüqləri aşan şair kimi” adlı dəyirmi masa keçirilib (FOTO)

Cəmiyyət Materials 24 May 2021 17:18 (UTC +04:00)
Bakı Slavyan Universitetində “Nizami Gəncəvi üfüqləri aşan  şair kimi” adlı dəyirmi masa keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il ölkəmizdə "Nizami Gəncəvi İli" elan edilib. Hazırda bu Sərəncama uyğun olaraq respublikamızda və dünyanın bir çox xarici ölkələrində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan müxtəlif tədbirlər həyata keçirilir. Mayın 24-də Bakı Slavyan Universitetinin (BSU) Magistratura şöbəsinin və Azərbaycan ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Nizami Gəncəvi üfüqləri aşan şair kimi” adlı dəyirmi masa keçirilib.Tədbirdə BSU-nun prorektorları, professor-müəlim heyəti və magistrantları fəal iştirak ediblər.

Dəyirmi masanın moderatoru, Azərbaycan ədəbiyyatı kafedrasının professoru Leyla İmaməliyeva tədbir iştirakçılarını salamlayıb və dəyirmi masanı açıq elan edib.

Tədbirdə BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva,həmin kafedranın professoru Bədirxan Əhmədov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Almas Məmmədova və Magistratura şöbəsinin müdiri, dosent Sevinc Abışova Nizami Gəncəvinin həyat və bədii yaradıcılığı haqqında geniş məlumat veriblər. Tədbirdə I və II tədris ili magistrantları öz məruzələri ilə çıxış ediblər. Qeyd edək ki, magistrantların çıxışları Nizami Gəncəvi yaradıcılığının 4 istiqamətini: arxetipləri, meyarları, dəyərləri, obrazların tarixi izlərini əhatə edirdi.

Magistrantlar müzakirələrdə fəal iştirak edərək onlara ünvanlanan sualları ətraflı cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti