...

İdman zallarından COVİD pasportu olanlar istifadə edə biləcək

Cəmiyyət Materials 25 May 2021 12:43 (UTC +04:00)
İdman zallarından COVİD pasportu olanlar istifadə edə biləcək

Bakı. Asif Mehman -Trend:

İdman sağlamlıq mərkəzlərinə girişə COVİD pasportla icazə veriləcək.

Trend-in məlumatına görə, bunu Operativ Qərargahın keçirdiyi brifinqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, COVİD pasportu olmayan şəxslər - yəni vaksinasiyadan keçməyən, yaxud yoluxub sağalmış insanlar hələlik idman sağlamlıq obyektlərindən istifadə edə bilməyəcəklər:

"Gələcəkdə COVİD passportu olan şəxslərin digər obyektlərə də girişi təmin ediləcək. Buraya konsertlər, teatrlar, kinoteatr, toy və digər şənliklər daxildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti