...

AVRO-2020: Bakıdakı oyunlara gələn əcnəbilərdən COVİD testinin nəticəs tələb ediləcək

Cəmiyyət Materials 5 İyun 2021 16:44 (UTC +04:00)
AVRO-2020: Bakıdakı oyunlara gələn əcnəbilərdən COVİD testinin nəticəs tələb ediləcək

Bakı. Trend:

İyunun 10-dan etibarən hava nəqliyyatı vasitəsilə 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilməsinə dair yeni tələb müəyyənləşib.

Trend xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşlarından və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərdən iyunun 10-dan etibarən uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd də tələb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti