...

Bu gündən idman zalları fəaliyyətə başlayır

Cəmiyyət Materials 10 İyun 2021 00:01 (UTC +04:00)
Bu gündən idman zalları fəaliyyətə başlayır

Bakı. Trend:

Bu gündən etibarən idman zalları açılır.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 26-da qərar qəbul edib.

Qərara əsasən, iyunun 10-u saat 00.00-dan etibarən idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan) fəaliyyəti bərpa edilir.

Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti