...

“Al Jazeera” Media İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 24 İyun 2021 14:47 (UTC +04:00)
“Al Jazeera” Media İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov “Al Jazeera” Media İnstitutunun nümayəndə heyəti ilə görüşüb.

Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov qonaqları salamlayaraq, onları ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu ifadə edib. İnstitut haqqında geniş məlumat verən rektor bakalavr, magistr və doktorantura pillələrində mövcud ixtisaslar barədə danışıb. Qeyd edib ki, Aİİ-də təhsil alan tələbələrə təkcə dini elmlər deyil, eyni zamanda, dünyəvi elmlər də tədris olunur.

Aqil Şirinov daha sonra ali təhsil müəssisəində Birdəfəlik dissertasiya şurasının yaradıldığını, “Dinşünaslıq” ixtisası üzrə müdafiələrin keçirildiyini vurğulayıb.

Aİİ-nin “Din araşdırmaları” jurnalı barədə məlumat verən rektor, dərgidə ölkəmizin tanınmış alimlərinin elmi araşdırmalarının yer aldığını nəzərə çatdırıb. O, həmçinin vurğulayıb ki, ali təhsil müəssisəsində çalışan müəllimlər ərəb və ingilis dillərində sərbəst mühazirə demək bacarığına malikdirlər.

“Al Jazeera” Media İnstitutunun media meneceri Montaser Maradə müəssisə haqqında geniş məlumat verib, qarşılıqlı əməkdaşlığa açıq olduqlarını vurğulayıb. Onlar Azərbaycanda Aİİ kimi təhsil müəssisəsinin mövcudluğundan şad olduqlarını, jurnalistika sahəsində dini bilikləri olan mütəxəssislərin mövcudluğunun vacibliyini vurğulayıblar.

Görüşdə əməkdaşlıq əlaqələrinin qurulması barədə geniş müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti