...

Təəssüf ki, koronavirusun “Delta” ştammı artıq qonşu ölkələrdə də yayılıb - Komitə sədri

Cəmiyyət Materials 26 İyun 2021 17:42 (UTC +04:00)
Təəssüf ki, koronavirusun “Delta” ştammı artıq qonşu ölkələrdə də yayılıb - Komitə sədri

Bakı. Elçin Mehdiyev – Trend:

Çox təəssüf ki, koronavirusun “Delta” deyilən ştammı artıq qonşu ölkələrdə də yayılıb. Özümüzü qorumaq üçün vaksinasiya olunmalıyıq. Əgər hər birimiz vaksinasiyada iştirak etsək, daha yaxşı epidemioloji vəziyyətə nail ola bilərik.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Azərbaycanda koronavirusla mübarizə uğurla davam edir və bütün lazımi tibbi, sosial, iqtisadi tədbirlər görülür: “Aparılan tədbirlər içərisində ən ümdə yeri tutan vaksinasiya prosesidir və bu gün vaksinasiyanı uğurla başlayıb davam edən ölkələrdə pandemiya zəifləyib. Azərbaycan da bu ilin yanvarından başlayaraq vaksinasiya prosesini uğurla həyata keçirir və onun da müsbət nəticələri hər kəsə bəllidir".

Komitə sədri xatırladıb ki, artıq yoluxma sayı iki rəqəmli həddə enib və ölüm halları çox azalıb: "Bu müsbət vəziyyət bir çox sərt karantin qaydalarının aradan qaldırılmasına imkan yaradıb və bütün bunlar hamısı bizi sevindirir.

Eyni zamanda təhlükənin hələ sovuşmadığını bilməliyik. Çox təəssüflər olsun ki, koronavirusun "Delta" ştammı artıq bizə qonşu ölkələrdə, xüsusən Rusiyada yayılmaqdadır. Yay dövrüdür, turistlər gedib-gəlir. Ona görə də yoluxmanın qarşısını almaq üçün vaksinasiya ən vacib şərtlərdən biridir və peyvənd olunmayan bütün vətəndaşlarımızı vaksinasiyada iştirak etməyə çağırıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti