...

ANAMA-nın əməkdaşı minaya düşüb

Cəmiyyət Materials 6 Avqust 2021 09:35 (UTC +04:00)
ANAMA-nın əməkdaşı minaya düşüb

Bakı. Trend:

ANAMA-nın əməkdaşı minaya düşüb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Ağdamın işğaldan azad olunan ərazisində baş verib.

Ağdamın Baş Qərvənd kəndindən Uzun Dərə kəndinə çəkilən yeni yolun minalardan təmizlənməsi zamanı partlayış olub.

Hadisə nəticəsində yaralanan ANAMA-nın əməkdaşı Fərid Əliyev Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti