...

ADPU-nun Quba filialında təmir-bərpa və quruculuq işləri davam edir (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2021 12:58 (UTC +04:00)
ADPU-nun Quba filialında təmir-bərpa və quruculuq işləri davam edir (FOTO)

Bakı. Trend:

Təhsil millətin gələcəyidir. Bir təhsil müəssisəsində tədrisin keyfiyyəti qədər, tələbələrə rahat təhsil şəraitinin yaradılması və göz oxşayan tədris kampuslarının salınması da vacibdir.

Bu baxımdan ADPU-nun Quba filialında tədris keyfiyyəti qədər kampusun vizual görünüşü də günü gündən göz oxşayır. Müasir auditoriyalar, yüksək İKT şəraiti, geniş tədris binaları, innovativ bölmələr və s Quba filialını gözəlləşdirir.

Hal-hazırda da Quba filialında təmir-bərpa və quruculuq işləri yüksək sürətlə davam edir. Yeni tədris ilində tələbələrinə daha yüksək təhsil, daha yaxşı rahatlıq və göz oxşayan kampus vəd edən filialımız direktor dosent Yusif Alıyevin başçılığı ilə dayanmadan çalışır. Yaxın gələcəkdə tam müasir avadanlıqlı və şəraitli bir təhsil müəssisəsinə çevrilməyi qarşıya məqsəd qoyan Quba filialı bu məqsədə inamlı addımlarla irəlləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti