...

Respublikada 4865 toyda monitorinq aparılıb - DİN

Cəmiyyət Materials 20 Avqust 2021 11:34 (UTC +04:00)
Respublikada 4865 toyda monitorinq aparılıb - DİN

Bakı. Samir Əli -Trend:

Toy, nişan və digər kütləvi şənliklərin təşkilində hər hansı məhdudiyyət tətbiq edilmədiyi üçün monitorinqlər davam etdiriləcək.

Trend-in məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib:

"Respublikada 4865 toyda monitorinq aparılıb. Müəyyən sahibkarlıq subyektləri və vətəndaşlar tərəfindən qaydaları pozma müşahidə edilib. 38 nəfər həbs edilib, 27 nəfər barəsində materiallara baxılması üçün məhkəməyə göndərilib, 31 nəfərə cinayət işi başlanılıb. Monitorinq keçirilən ünvanlarda 46 899 nəfər COVID passportu olmayan şəxs məclisdə iştirak edib. Onlar arasında COVID daşıyıcıları, risk qrupuna daxil şəxslər olub"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti