...

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin verilmə müddəti uzadıldı

Cəmiyyət Materials 23 Avqust 2021 18:11 (UTC +04:00)
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin verilmə müddəti uzadıldı

Bakı. Trend:

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.

Trend-in məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti sentyabrın 1-dək uzadılıb.

Əvvəl bu müddət avqustun 1-dək nəzərdə tutulmuşdu.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti