...

Azərbaycanda pensiyaçıların sayı açıqlanıb

Cəmiyyət Materials 30 Avqust 2021 17:06 (UTC +04:00)
Azərbaycanda pensiyaçıların sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda pensiyaçıların sayı açıqlanıb.

Trend-in məlumatına görə, 2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.

Onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artaraq 328,8 manat təşkil edib və orta aylıq əmək haqqının 45,4 faizinə bərabər olub.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti