...

Azərbaycanda uşaq hüquqlarının qorunması üçün yeni sənəd hazırlanır

Cəmiyyət Materials 18 Noyabr 2021 13:59 (UTC +04:00)
Azərbaycanda uşaq hüquqlarının qorunması üçün yeni sənəd hazırlanır

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycanda bütün sahələr üzrə uşaq hüquqları ilə bağlı standartların müəyyənləşdirilməsi üzərində iş aparılır.

Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ailədə və cəmiyyətdə müəyyən zorakı təhdidlərlə üz-üzə qalan uşaqlarla bağlı məsələlərin həlli də daxil olmaqla 11 istiqamət üzrə təkliflər verilib:

"Təşəbbüslər qurumlarla razılaşdırılma mərhələsindədir. Bütün sahələrdə uşaq hüquqlarının standartları müəyyənləşdirilməlidir. Hələlik bu, layihə halındadır. Müvafiq dövlət orqanları bu istiqamətdə təkliflərini göndərirlər və sonda həmin təklifləri qəbul olunması üçün müvafiq instansiyaya təqdim edəcəyik", - deyə B.Muradova qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti