...

Rayonlarda saxta jurnalist vəsiqəsi ilə gəzən kifayət qədər şəxslər var - Deputat

Cəmiyyət Materials 10 Dekabr 2021 12:56 (UTC +04:00)
Rayonlarda saxta jurnalist vəsiqəsi ilə gəzən kifayət qədər şəxslər var - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Regionlarda medianın fəaliyyətinə ciddi nəzarət olmalıdır.

Trend-in məlumatına görə, bunu deputat Naqif Həmzəyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

O qeyd edib ki, region universitetlərində jurnalistika ixtisasının olmaması həmin ərazilərdə medianın inkişafına mənfi təsir göstərir.

Deputat bildirib ki, qanun layihəsində regionlarda jurnalistikaya diqqət ayrılması yaxşı olardı: “Regionlarda reket jurnalistikaya qarşı mübarizə aparılmalıdır. Saxta jurnalist vəsiqəsi ilə gəzən kifayət qədər şəxslər var. Bunlara qarşı tədbirlər görmək zəruridir. Düşünürəm ki, qanun layihəsi media üçün çox faydalı olacaq”, - deyə N.Həmzəyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti