...

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasından FOTOREPORTAJ

Cəmiyyət Materials 13 Dekabr 2021 11:55 (UTC +04:00)
“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasından FOTOREPORTAJ

Bakı. Trend:

Paytaxtın mərkəzində, Nizami küçəsində təşkil olunan ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası həm yerli sakinlərin, həm də şəhərimizə gələn turistlərin böyük marağına səbəb olur. Burada əsl bayram əhval-ruhiyyəsi hökm sürür.

Xeyriyyə yarmarkası Fəvvarələr meydanında quraşdırılan kiçik taxta evlərdə təşkil edilib. Burada Yeni il hədiyyələri – suvenirlər, kitablar, geyim və şirniyyatla yanaşı dadlı təamlar, fast-food yeməklər də əldə etmək mümkündür.

Xatırladaq ki Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.

Qərara əsasən Yeni il bayramı ilə əlaqədar şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda şənlik mərasimlərinin keçrilməsi onlar üçün müəyyən edilmiş mövcud qaydalara, tələblərə və metodiki göstərişlərə uyğun təşkil edilməlidir.

Qeyd edək ki, ictimai iaşə obyektlərinin 2021-ci il 31 dekabr saat 00:00-dan etibarən 2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət göstərməsinə icazə veriləcək.

Trend-in fotoqrafı Zaur Mustafayevin “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasından lentə aldığı görüntüləri təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti