...

Azərbaycan əhalisinin sayı açıqlanıb

Cəmiyyət Materials 15 Dekabr 2021 15:40 (UTC +04:00)
Azərbaycan əhalisinin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 31 580 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il noyabr ayının 1-i vəziyyətinə 10 150 713 nəfərə çatıb.

Trend-in məlumatına görə, əhalinin ümumi sayının 53,0 faizi şəhər, 47,0 faizi kənd sakinləri, 49,9 faizi kişilər, 50,1 f aizi isə qadınlardır.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 117 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti