...

Azərbaycanda yeni Ailə Strategiyası sənədi hazırlanacaq

Cəmiyyət Materials 22 Dekabr 2021 10:40 (UTC +04:00)
Azərbaycanda yeni Ailə Strategiyası sənədi hazırlanacaq

Bakı. Çingiz Səfərli -Trend:

Qarşıda bizi yeni Ailə Strategiyası sənədinin hazırlanması gözləyir.

Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzinin ailə dəyərləri ilə bağlı apardığı sorğu bu baxımdan böyük əhəmiyyət kəsb edir.

"Milli mənəvi dəyərlərə söykənən ailə dövlətin özəyini təşkil edir. Demokratik dövlətlərin həyata keçirdiyi siyasət insan resursuna yönəlməlidir. Bütün dünyada, o cümlədən Azərbaycanda da tarixən formalaşan ailə institutu var. Dövlət bu modelin qorunması üçün müxtəlif proqramlar icra edir", - deyə Bahar Muradova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti